Hollivud ulduzu Lindsi Loxana ərəb əsilli biznesmen əri Bader Şamas ilə tanışlıq hekayəsini bölüşüb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 2022-ci ildə ailə quran aktrisa hamilədir.
“Biz onunla Dubayda restoranda tanış olduq.Tanış olduqdan 1 saat sonra ona dedim ki, ömürlük birlikdə olacağımıza inanıram. Heç kimə belə sözlər deməmişdim.1 həftə sonra o evlilik təklifi etdi”, - deyən aktrisa ana olacağı günü səbirsizliklə gözlədiyini bildirib.