Hollivud ulduzu bu üsulla 50 kilo arıqladı
11 avqust 2023 13:32 (UTC +04:00)

Hollivud ulduzu bu üsulla 50 kilo arıqladı

Hollivud ulduzu Con Hill ekranlara gombul, yaşından böyük görünən kişi kimi çıxmışdı. Görünüşü istedadına mane olmamış, çoxlu sayda filmlərdə müxtəlif obrazlar yaratmışdı. Lakin bir gün obrazını radikal şəkildə dəyişməyə qərar verdi və hazırda ekranlarda görünən arıq, fit oğlanın Con olduğuna inanmaq çətindir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, artıq 12 ildir fit formasını qorumağı bacaran ulduz aktyor öz  keçmişini məktəbli rasionu adlandırıb. “Zərərli olan hər şeyi yeyirdim. Çipslər, fast food, qazlı içkilər, pivə. Arıqlamaq üçün sərt pəhriz proqramına girdim. Alkoqoldan əl çəkdim, idmana başladım. Yapon mətbəxinə üstünlük verdim. Balıq, həmçinin digər dəniz məhsulları, düyü, meyvə və göyərti qidamın əsas hissəsini təşkil edirdi”, - deyə o, arıqlamaq sirrini jurnalistlərə açıqlayıb.

O, idmana tədricən başladığını, bədənini birdən-birə yükləmədiyini, öncə çoxlu yeridiyini, daha sonra üzgüçülüklə məşğul olduğunu bildirib. 

İndi Con Hill, yeni roluna hazırlaşmaq üçün daha da arıqlayıb. Öz bədəninə qalib gəlməyin yeganə yolu çoxillik vərdişlərdən əl çəkməkdir. Con belə düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5820
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar