Hollivud ulduzları paparazzinin barmağını qırdılar
03 oktyabr 2022 15:19 (UTC +04:00)

Hollivud ulduzları paparazzinin barmağını qırdılar

Hollivudun tanınmış aktrisaları Marqot Robbi və Kara Delevinin mühafizəçiləri onların şəklini çəkən paparazziləri döyməklə kifayətlənməyiblər, barmaqlarını da qırıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, döyülən fotoqraf hospitala yerləşdirilib.

Argentinanın xəbər agentlikləri üçün çalışan fotoqraf Pedro Orkero bildirib ki, onu döyən mühafizəçilər Britaniya təəbəsi olublar və artıq məhkəməyə veriliblər. Fotoqrafn qol sümüyündə çat, barmağında isə açıq sınıq meydana gəlib. Onlara döymək əmrini Hollivud ulduzları veribmiş.

Qeyd edək ki, hadisəyə səbəb xəbər portallarının iki aktrisa arasında eşq macərasının yaşanması barədə məlumat yayması olub.

# 3135
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar