"Heyf o botokslara, gellərə..." -  Damla
23 dekabr 2020 15:07 (UTC +04:00)

"Heyf o botokslara, gellərə..." - Damla

"Heç bir vaxt xanımların estetik əməliyyat etməsinə pis baxmamışam".

Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Damla sosial şəbəkədəki səhifəsində yazıb: "Qədərində olan hər şey gözəldir. Amma, nədənsə həmişə qadınların zəngin iç dünyasını bütün gözəlliklərdən üstün bilmişəm. Əgər qadının ruhu, beyni gözəl deyilsə, heyif o botokslara, heyif o gellərə...

Dilindən çıxan kəlmələr qızıldan qiymətli deyilsə, heyif o bahalı vinil dişlərə... 

Dəyişmək istədiyiniz hər şeyi öncə daxili aləminizdən başlayın".

# 3024
avatar

Yalçın UĞUR

Oxşar yazılar