"Həkimlər konkret diaqnoz qoymuşdu ki, sənin övladın olmayacaq. Bunu bilirsiniz, necə qarşılamışdım? Deyirdim ki, hər şeyimi verərəm ki, bir övladım olsun".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva "Söz Baz" verilişində deyib. O, övladının olmaması barədə danışarkən göz yaşlarını saxlaya bilməyib:
"İnanırsınız, bütün həkimləri tanıyıram, onlar da məni tanıyır. Belə qərara gəldik ki, ya öhdəliyimizə uşaq götürək, ya da həyatımızı belə davam edək. Doğrudan, əlimi üzmüşdüm. Çünki etmədiyimiz bir şey qalmayıb: getmədiyimiz klinika, tapmadığımız həkim, prosedurlar və s. Bir gün...
Allah var göydə, olmayan bir şeyi Allah qarşıma çıxardı. Hər insanın qabağına çıxarmaz. Mənim bir övladım var. Dünyada hər şeyimi verərəm ki, onun çiyinlərində qəbirə gedim".