Həmkarları özünü ona oxşadır - Azərbaycanlı müğənnidən İDDİA
28 aprel 2022 13:59 (UTC +04:00)

Həmkarları özünü ona oxşadır - Azərbaycanlı müğənnidən İDDİA

"Hiss edirəm ki, bir çoxları məni təkrarlamağa başlayıb. Mənim hekayələrimi təkrarlayırlar. Bəzi məşhurlarda artıq "Lətifələşmə" gedir".

Bu sözləri Lent.az-a açıqlamasında müğənni Lətifə Soyuöz deyib. 

Müğənni bir çox sənət adamının onun "Instagram"dakı hekayələrini təkrarladığını söyləyib. Lətifə bildirib ki, etdiyi paylaşımlar tanınmış simaların bəzilərinə örnək olub:

"Anlayıram ki, məni saxta profillərlə izləyirlər. Hərdən digər səhifələr onları paylaşır, baxıram ki, mənim danışığımı təkrarlayır, dediyim sözləri söyləyirlər. Gör-götür dünyasıdır. Yaxşı bir adamdan örnək alırlar. Amma özləri olsalar, daha yaxşı olar". 

# 3078
avatar

Yalçın UĞUR

Oxşar yazılar