"Həmişə mənə qarşı  dələduzluq olub"   - Şafak Sezer
26 yanvar 2023 12:07 (UTC +04:00)

"Həmişə mənə qarşı dələduzluq olub" - Şafak Sezer

"Kutsal damacana 4" filmi ilə gündəmdə olan tanınmış aktyor Şafak Sezer maraqlı açıqlamaları ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, o, tamaşaçılar aktyoru kinoda necə görürlərsə, real həyatda da o cür gördüklərini bildirib. Şafak bəy gileylənərək deyib: "Filmlərdə dələduzu oynadım, amma həmişə mənə qarşı dələduzluq olunub. Dərdim tamaşaçını roluma inandırmaqdır. Amm tamaşaçı da məni həmin adam hesab edir. Normalda küçədə gəzəndə çox zarafat edən biri deyiləm. Mən də hər kəs kimi ayın sonu gələndə işıq pulu və s. ödəyirəm. Bəzən "Şafak dalaşdı" - kimi xəbərlər oxuyursunuz. Adam qaça-qaça yanıma gəlir, mən də telefonla danışıram. "Hedef ben miyim Tayfun?" - deyir. Orada əsəbiləşirəm. Çünki vacib bir şey danışıram".

Yəni bizim replikalarımız, obrazlarımız illər boyu danışılır. Bizi həmişə o obrazlar olaraq bilirlər. "Kolpaçino"da dələduzun obrazına girmişdim. Amma həyatda həmişə mənə qarşı dələduzluq olub. Bu yanlış anlaşılmalara görə qəribə hadisələr yaşayıram. Tamaşaçıya isə bunu izah edə bilmirik. Normalda kinodakı kimi deyilik yəni. Evimi satışa çıxardım, lağ etdilər, ev satılmadı. Elə bilirlər ki, zarafat edirəm. Belə olmaz axı".



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Nigar Namiq

Oxşar yazılar