Bu il iş adamı Nida Büyükbayraktar ilə təmtəraqlı evlənən Türkiyənin məşhur müğənnisi Petek Dinçöz açıqlamaları ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, “Uykusuzlar kulübü” proqramında qonaq olan müğənni həyatda üzləşdiyi çətinliklərdən və uşaqlığından danışıb:
“Ərə getdim, uşaq dünyaya gətirdim. Sonra 16 yaşımdaykən, aşiq olduğum adamla evləndim. İndi çox xoşbəxtəm. Özümü çox şanslı hiss edirəm. Zaman maşınını idarə edirəm sanki. Türk filmi kimi bir həyatım var. Həyatımla bağlı üç cildlik kitab yazılar. Çox ağır bir uşaqlığım olub. Uşaqlıqda heç ata sevgisi görməmişəm”.
Sonra ondan, “Sən indi 40 yaşındasan, yoxsa 42”, - soruşan aparıcıya ifaçı “Mən səndən soruşuram yaşını? 18! İndi hiss etdiyim, kodlaşdırdığım yaş iyirmi beşdir” – ironik cavab verib.
Qeyd edək ki, Petek Dinçöz “Yolun açık olsun”, “Hasta ettin”, “Yalanı boşver” və s. kimi mahnılarla populyarlaşıb.