Lent.az həbsdə olmuş məşhurlar barədə məlumatları təqdim edir:
Müğənni Gökan Özen sevgilisi haqqında xoşagəlməz söyüşlər işlətmiş bir bərbəri döydüyünə görə 2 ay həbsdə olub.
Teleaparıcı Ebru Şallı 1999-u ildə kokain istifadə etdiyinə görə, 15 gün həbsdə qalıb.
Müğənni Doğuş azyaşlı bir qıza təcavüz iddiası ilə 4 ay müddətinə həbs olunub.
Maniken Tuğba Özay mafiya ilə iş birliyində ittiham olunaraq 6 ay həbsdə yatıb.
Müğənni Deniz Seki narkotik istifadəsi və satışı ittihamı ilə 3,5 il həbsdə olub.
Müğənni Haluk Levent 3 milyon lirəlik qarşılıqsız çek imzaladığına görə 9 ay müddətinə həbs edilib.
Müğənni Selda Bağcan oxuduğu bir mahnıya görə 40 gün həbsdə yatıb.
Müğənni İbrahim Tatlıses 1988-ci ildə polisləri söydüyünə görə 15 günlük həbs edilib.
Prodüser Təranə Səmədova iki qadını fahişəliyə cəlb etmə iddiası ilə hazırda həbsdədir.
Müğənni Fədayə Laçın həbsdə olan sevgilisinin qaçmasına yardım etdiyi üçün məhkum olunub.
Prodüsser Nahid Emiloğlu da həbsdə yatıb. Onu dələduzluqda ittiham edən isə Xalq artisti Aygün Kazımova olub.
Müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub.
Müğənni Maral Tahirqızı əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Rejissor Aqil M.Quliyev borcunu geri qaytarmadığı üçün 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Teleaparıcı İlham Mirzəyev dələduzluq ittihamı ilə həbs olunub.
Meyxanaçı Rəşad Dağlı adam öldürdüyünə görə hazırda həbsdədir.