Seks alveri və şantaj ittihamları ilə həbs edilən Sean 'Diddy' Kombs, girov tələbi rədd edildikdən sonra intihara cəhd edib. Buna görə reper xüsusi nəzarətə götürülüb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu qabaqlayıcı tədbir Kombsın şokda və onun psixi vəziyyətinin qeyri-müəyyən olması səbəbindən keçirilib.
ABŞ Ədliyyə Departamentinin Milli İslahlar Departamenti onu intihara meylli olan məhbusların yerləşdirildiyi nəzarətxanaya göndərib.
- Azərbaycanlı aktrisa Nesrin Cavadzadə görün kimə AŞİQ OLDU?
- Rus qadınlarına görə Türkiyə seriallarını qadağan edirlər
- Xatirənin bu geyimi müzakirələrə səbəb oldu - FOTOLENT
1994-cü ildə açılan və 1200-dən çox məhbusun yaşadığı bu mərkəz zorakılıq, çirkli şərait, qida çirklənməsi və intihar hadisələri ilə tanınır.
54 yaşlı Kombs Manhettendə federal məhkəmədə bütün ittihamlar üzrə özünü təqsirli bilməyib. 14 səhifəlik iddianamədə Kombs və şəriklərinin qadın qurbanları romantik münasibət bəhanəsi ilə aldadaraq onları cinsi əlaqəyə və narkotik vasitələrdən istifadə etməyə məcbur etdiyi bildirilir.