Televiziya proqramlarından birinə qatılan aktrisa Hazal Kaya onda həkimlərin yeni tapdığı xəstəlikdən danışıb.
Lent.az-ın xəbərinə görə, aktrisa ürəkgetmədən əziyyət çəkdiyini bildirib.
“Vallah mən “Aşkı Memnu” serialında Nihal olaraq tez-tez özümdən gedirdim. “Adını Feriha koydum”da Feriha olaraq da eynilə, görünür beynim bütün bunları ciddiyə alıb. Bu xəstəliyə yaxalanmışam. Həkimlər deyir ki, bu beynin özünü müdafiə sistemidir. Adı “Vazovogal senkop” sindromudur. Bədənin hadisələrə verdiyi reaksiyadır. Əvvəllər Nihalın da Ferihanın da “ürəyi niyə gedir?” deyə gülüb keçirdim. İndi özümün başıma gəlib”, deyə aktrisa bildirib.