Hazal Kaya ərinin özünü öldürmək istəməsindən  danışdı
04 mart 2024 12:38 (UTC +04:00)

Hazal Kaya ərinin özünü öldürmək istəməsindən danışdı

Aktrisa Hazal Kaya və əri, aktyor Ali Atay birgə qatıldıqları podkastlardan birində məzəli açıqlamalar veriblər.

Lent.az-ın xəbərinə görə, aktrisa bir dəfə çox yorulduğu üçün uşaqları ərinə tapşırıb yatdığını bildirib.

“Çox yorulmuşdum, nə qədər yatdım, bilmirəm, Alinin səsinə oyandım. Allaha yalvarırdı ki, günahından keçsin. Uşaqların əlindən cana yığılıb, özünü eyvandan yerə atmaq istəyirmiş” - bildirib.

Qeyd edək ki, cütlüyün 2 övladı var.

Ali Hazalın dediklərini təsdiq edərək, uşaqlara baxmağın çox çətin olduğunu, onların dəcəllikləri ilə baş edə bilmədiyini bildirib.
“Bir an həqiqətən özümü atmaq istədim. Bu bir anda gələn duyğu deyildi. Hazal tez-tez xəstələnirdi. Dünyada heç kimdə olmayan xəstəliklər onda var. Çoxmərtəbəli binalara baxanda ürəyi gedir, durduğu yerdə barmaqları titrəyir, bu heç kimdə olmayan qəribə bir sindromdur, şəkəri var, uşaqlara bir şey olanda özü də xəstələnir, bu məni yorub stresə salmışdı, özümə qəsd etmək istəyirdm”,- o bildirib.

# 3072
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar