Türkiyənin pop ulduzu Hande Yener maraqlı addımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o, ötən gecə konsert verdiyi səhnədə İrandakı qadınlara dəstək üçün saçlarını kəsib.
Handenin yayılan görüntüləri sosial şəbəkələrdə təqdir olunub.
Qeyd edək ki, daha öncə müğənni Melek Mosso səhnədə saçlarını kəsərək iranlı qadınlara dəstəyini etiraf edib.