İkinci uşağına hamilə olan dünya şöhrətli müğənni Rihanna özünə məxsus “Savage X Fenty” brendinin reklamı üçün soyunub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənni alt paltarlarının reklam çəkilişlərində iştirak edib. Çəhrayı rəngli alt geyimlərini eyni rəngli ayaqqabı və brilliant zinət əşyaları ilə tamamlayan Rihannanın obrazı çox bəyənilib.
O hamilə olduğuna görə bütün gün divanda yatmaq yoxi, hər zaman diqqət mərkəzində qalmaq istədiyini söyləyib.
Rihanna ötən ay öz brendinin direktoru vəzifəsini tərk edərək, bu işi Xilari Super adlı dizaynerə tapşırıb.