Hakim israr etdi, onlar barışmadı  - Flora Kərimova və Afət Fərmanqızı yenidən MƏHKƏMƏDƏ
04 iyun 2024 13:43 (UTC +04:00)

Hakim israr etdi, onlar barışmadı - Flora Kərimova və Afət Fərmanqızı yenidən MƏHKƏMƏDƏ

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev dəfələrlə tərəfləri barışığa dəvət edib.

Onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmasını, bu cür mübahisələrin başucalığı gətirmədiyi diqqətə çatdırılıb. 

Afət Fərmanqızı isə ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb. 

A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib.

Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib. 

Lakin Flora Kərimova yenə də israrla barışmaq istəmədiyini vurğulayıb. 

Bundan sonra proses iyunun 14-dək təxirə salınıb.   

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib. 

 

Əbülfət Baxşəli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4617
avatar

Oxşar yazılar