Türkiyənin məşhur sənətçisi, müğənni Bülent Ersoy Hadisəni hədələyib. 
28 iyul 2022 14:01 (UTC +04:00)

Türkiyənin məşhur sənətçisi, müğənni Bülent Ersoy Hadisəni hədələyib. 

Hadiseni kim hədələdi?: "Səni xəbərdar edirəm!" - FOTO

Türkiyənin məşhur sənətçisi, müğənni Bülent Ersoy Hadisəni hədələyib. 

Lent.az xəbər verir ki, onun meneceri Haluk Şentürklə həmkarı Hadisenin fotosuna yazdığı şərh gündəm olub.

Belə ki, Bülent onların bu cür səmimi pozasını qısqanıb və menecerinin paylaşımına bu sözləri yazıb:

"Haluk, indi telefonuma bir foto gəldi. Mənə acıq vermək üçün paylaşmısınız o şəkli? Hadise xanımla yanaq-yanağa poza vermisiniz. Bu Hadisə xanım da yaxşı qızdır. Həqiqətən, çox sevdiyim bir qızdır. Amma bu qədər sənə yaxın dayanması onun haqqında düşündüyüm bütün yaxşı fikirləri hər an dəyişdirə bilər. Onu düşman elan edə bilərəm. Bundan sonra görüşəndə aranıza 1.5 metr məsafə qoymağınızı, bir-birinizə toxunmamağı tələb edirəm. Ən ülvi duyğularımla sizi ilk və son dəfə xəbərdar edirəm".

Müğənni Hadise isə onun bu sözlərinə maraqlı şərh yazıb:

"Divam, sizin düşmənliyiniz belə bir mükafatdır, amma mesajı aldım. Sonrakı görüşlərimizdə yanımızda olmağınızı çox istəyirəm". 

Qeyd edək ki, onların bu söz "atışma"sı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. 

# 3249
avatar

Nigar Namiq

Oxşar yazılar