Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Mayamidə istirahət edir.
Müğənni Mayamidə maraqlı bir paylaşım edərək, ağıllarda sual işarəsi oyadıb.
Lent.az-ın məlumatına görə, o, "Dəli-doludur, "R", qəlbim" deyə yazıb.
Günelin pərəstişkarları sirli “R”in kim olduğu ilə maraqlanırlar. Bəzilər Günelin keçmiş nişanlısı Rza Zərrabla birlikdə olduğunu güman ediblər. Günelsə hələlik bütün sualları cavabsız qoyur.
Qeyd edək ki, Günelin keçmiş nişanlısı Rza Zerrab onu atıb müğənni Ebru Gündeşlə evlənmiş, bu nikah da uzun sürməmişdi.