"Günahdır, ayıbdır, etməyin" - Oksana Rəsulova
25 dekabr 2020 16:17 (UTC +04:00)

"Günahdır, ayıbdır, etməyin" - Oksana Rəsulova

"Hər bir insanın həyatında o qədər şeylər baş verə bilər ki... Heç özü də bilmədən həm həyatının mənasını, həm özünü itirər... Əgər insanın doğrudan da səhvi varsa, onu yalnız valideyinləri qınaya bilər, başqa heç kim!".

Lent.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova sosial şəbəkədə yazıb. Sənətçi sosial şəbəkə izləyicilərinə müraciət edərək, yazılan təhqirlər, böhtanlardan bəhs edib:

"İnsana böhtan atılır, onun haqqında nahaq sözlər danışılır, araşdırmadan qınanılır... O insanı heç  düşünməyin, özünüzü düşünün və bilin ki, həyat “bumeranqdır”. Hər bir ağızdan çıxan söz sizə əks təsir edə bilər. Ona görə də hər bir kəlməni deyib və ya yazandan qabaq düşünün, sonra yazın və ya deyin.

Həqiqəti tam bilmirsinizsə, susmağı tərcih edin. Ən azından dediyim kimi, özünüzü və yaxınlarınızı düşünün, hər an dəyişiklik ola bilər, siz kiminsə vəziyyətinə düşə bilərsiniz. Son iki gündür Roza Zərgərlinin ailəsi haqqında bəzi xoşaqəlməz və yalan məlumatlar oxuyub, təkrar o insanlara bunu xatırlatmaq istəyirəm ki, günahdır! Ayıbdır! Etməyin!".

# 8868
avatar

Yalçın UĞUR

Oxşar yazılar