Müğənni Nadir Qafarzadə oğlu Loğmanın toyu barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Həmin Zaur" verilişində bu sözləri deyib:
"Kövrəldim, illərin əziyyəti, yükü bir az boşaldı. Toy etmək çətindir, məsuliyyətlidir. Məclisdən sonra normal yatmağa başladım. O vaxta qədər dərmanla yatırdım. Yuxular görürdüm, soyuq tərlə oyanırdım. Fikirləşirdim ki, necə olacaq? Şükür Allaha ki, hər şey gözəl oldu.
Gəlinim deyir, fəxr edirəm ki, mənim cavan qayınanam, qayınatam var. Qayınatam pozitivdir, mənimlə çərçivədə zarafatlaşır. Ona deyirəm ki, sən qızımsan, oğlum kürəkənimdir".