Əməkdar artist Mətanət İsgəndərli
09 oktyabr 2021 18:28 (UTC +04:00)

Əməkdar artist Mətanət İsgəndərli

Gəlini səs yazısı ilə Mətanəti BİABIR ETDİ, qayınana VİDEO paylaşdı

Əməkdar artist Mətanət İsgəndərli nəvələri ilə birgə çəkilmiş videosunu sosial şəbəkədəki səhifəsində paylaşıb.

Lent.az-ın məlumatına görə, müğənni paylaşımında “Çox sevinirəm ki, uşaqların əyləncə yerləri açıldı. Əvvəlki günlərimiz geri qayıtdı.

Gözünüz aydın olsun”, sözlərini bölüşüb. İfaçı tənqidləri nəzərə alaraq, videonun rəy yerini bağlayıb. Lakin həmin videonu İnstaqramda digər səhifələr paylaşıb və müğənniyə tənqidi rəylər yazılıb.  

Qeyd edək ki, bir neçə gün öncə müğənninin gəlini Canananın səs yazısını Lent.az təqdim etimişdi.

Gəlin Lent.az-a açıqlamasında bildirmişdi ki, onun ailəsini M.İsgəndərli dağıdıb. O bildirib ki, məhkəmə qərarı olmadan övladları ondan alınıb: 

“Mətanət İsgəndərlinin oğlu təzə istədiyi qızla istirahət edir, Mətanət də Türkiyədə qızının yanında olur. Mənim uşağım isə qulluqçunun yanında qalır. Övladı anadan ayırmaq günahdır. Hamı deyir ki, bunu edən insan qansızdır. Mətanət İsgəndərli özü bu həyatı yaşayıb, mənə də bu həyatı arzulayır. Çünki ayrılmadan öncə evdə söz-söhbətlər olanda mənə dedi ki, sənə mənim həyatımı yaşamağı arzu edirəm. Bu söz mənə çox təsir etdi. Övladlarına yaşatdığı zülmü mənim də övladlarıma çəkdirir. Mən heç zaman onlardan nəsə ummamışam. Heç vaxt deməmişəm ki, məni evinizə qeydiyyata alın. Hələ də ata evimdə qeydiyyatdayam. Onlar deyə bilməz ki, onlardan nəsə istəmişəm. Yalnız övladım üçün yaşayıram. Onlarla söz-söhbətim övladıma görə olub. Dedim ki, uşağa yaxşı müəllim tutaq. 

İki övladımız var idi, yoldaşım mənə dedi ki, mən övlad istəmirəm, saxlaya bilmirəm. Mən 8 il nişanlı qaldım, həmin ərəfədə də mənə çox əzablar verdilər. Mətanət bunları gözəl bilir. Yenə də bağışladım, çünki Kərim mənə yalvardı, özünə qəsd eləmək istədi. Anam da xəstə oldu, dedilər ki, heç olmasa anan toyunu görsün. Məcburiyyətdən bu ailəni qurdum. Onlardan ayrı ev kirayələdim, bir il övladıma baxdım. Kirayənin pulunu da vermədilər. İndi 6600 AZN kirayə borcum qalıb. Uşağı məhkəmə qərarı olmadan məndən alıblar. Görmüşük ki, adamı 3 aya boşadarlar. Amma mənim bu məhkəmə işim hələ də uzanır. Niyə? Onlardan heçnə istəmirəm. Sadəcə mənə ev versinlər, övladımı kirayədə yox, normal evdə böyüdüm. Psixoloq olmadan övladlarımı danışdırdılar, fikirlərini yazdılar. Uşaqlarımı mənə qarşı öyrətdilər. Hələ biz məhkəməyə gedəndə dedilər ki, biz atamızı seçəcəyik. Biri var ki, kasıb olasan, heçnəyin olmaya, biri də var ki, hər şeyləri var. Amma hər şey Mətanət İsgəndərlinin adınadır. Oğlunun adına heçnə yoxdur. ( Kövrəlir ) Həqiqətən mənə ağır ghəlir, uşağımı votsapla yığıram, görürəm ki, böyük övladım mənə baxmaq istəmir. Bu mənə təsir edir. Hər zaman mənlə bir yerdə yatan uşaqlar olublar. İndi uşağım qulluqçunun qucağında yatır. İnsan nə qədər qəddar olar ki, körpəni anadan ayırar. Mətanət İsgəndərlidən soruşuram ki, mən sizə neyləmişəm? O mənlə prinsip aparır, deyir ki, mənə əyilməlisən. Day düşünmür ki, bu mübarizədə körpələr əziyyət çəkir. Mən övladlarımsız qala bilmirəm”.  

Qeyd edək ki, Canana müğənninin oğlu Kərimlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda övladları Cananadan alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19515
avatar

Yalçın UĞUR

Oxşar yazılar