Flora Kərimova Cavanşir Məmmədov
15 fevral 2021 10:11 (UTC +04:00)

Flora Kərimova Cavanşir Məmmədov

Flora küsülü olduğu Cavanşir barədə BU SÖZLƏRİ dedi

Xalq artisti Flora Kərimova küsülü olduğu Əməkdar artist Cavanşir Məmmədov barədə danışıb.

Lent.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində deyib:

“Cavanşir mənim dayım oğludur. Mənim ailə üzvümdür. Aramızdakı anlaşılmazlığın səbəbini açıqlamaq istəmirəm. Amma anamın və mənim onun üzərində çox böyük zəhməti olub. Dilim gəlmir onun barəsində nəsə deyim. Amma mən ona pis bibiqızı olmamışam. Mən onu odlardan çıxartmışam. Təəssüflər ki, o təkcə mənə dayıoğlu olub. İndi münasibətimiz yoxdur. Mən ona can da atmıram. Amma başına nə iş gəlsə, yanında olaram. Onu anam çox istəyirdi. Bir qardaşın yadigarıdır. Qismət olmadı, biz yaxın olaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5946
avatar

Yalçın UĞUR

Oxşar yazılar