“Faytonçu Nazim”in SON DURUMU
03 fevral 2025 10:03 (UTC +04:00)

“Faytonçu Nazim”in SON DURUMU

Müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və xəstəxanaya yerləşdirildikdən sonrakı vəziyyəti açıqlanıb.

Lent.az xəbər verir ki, ifaçının dostu, aparıcı Kamran Həsənli axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, N.Pişyarı özünə gəlib:

"Tam düzəlməsə də yaxşıdır. Özünə gəlib, danışa bilir. Hələ xəstəxanadadır".

Qeyd edək ki, insult keçirən müğənni küçədə yıxılıb, qapalı kəllə beyin travması da alıb. Nazim bir müddət əvvəl böyrəyindən də əməliyyat olunubmuş. Ona böyrək köçürülməsi edildiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085

Oxşar yazılar