Fatma Girik Tuba Büyüküstünü öz vəliəhdi elan edibmiş.
Fatma Girik ölməzdən öncə Tuba Büyüküstünü öz vəliəhdi elan edibmiş.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə Tuba özü Fatma Girikin anım gecəsində məlumat verib:
“Fatma xanımı tanımaq şansım olmadı. Ölməzdən əvvəl mənim haqqımda dostlarına "Bu qız mənim vəliəhdimdir" deyib. Məni varis seçdiyi üçün ona təşəkkürümü bildirirəm. Qəbri nurla dolsun. Sədaqətin nə demək olduğunu indi tam başa düşürəm,- deyib.
Qeyd edək ki, Fatma Girik Tubanı mülkünün deyil, öz sənətinin varisi elan edib.