Fanatları Madonnanı məhkəməyə verdilər
19 yanvar 2024 17:43 (UTC +04:00)

Fanatları Madonnanı məhkəməyə verdilər

Madonnanın iki pərəstişkarı məşhur müğənninin dekabrın 13-də Nyu-Yorkda verdiyi konsertdə səhnəyə gecikdiyini iddia edərək ona qarşı təzminat davası açıblar. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Madonnanın Nyu-York konsertində səhnəyə gec çıxması bəzi pərəstişkarlarının qəzəbinə səbəb olub. Maykl Fellovs və Conatan Hadden adlı tamaşaçılar müğənninin səhnəyə 2 saat gec çıxdığını əsas gətirərək, 10 min dollar təzminat tələb ediblər.

Onlar qeyd ediblər ki, konsertin gec başa çatması ictimai nəqliyyat imkanlarını azaltdığından  çətin vəziyyətə düşüblər.

Gecikməsi ilə bağlı tənqidlərə cavab olaraq, Madonna X hesabında konsert videosunu paylaşaraq "Bunu hamınız başa düşməlisiniz, kraliça heç vaxt gecikmir" yazıb. 

Keçən il 'Renaissance' adlı dünya turu çərçivəsində Vaşinqtonda iki saatlıq gecikmə ilə səhnəyə çıxan Beyonc, tamaşaçılarının konsertdən sonra evlərinə rahat dönməsi üçün metronun 2 saat gec bağlanmas istmiş, buna görə  100 min dollar ödəmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar