Əməkdar artist Yusif Mustafayev "Elgizlə izlə" verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, karantin günlərində evdən çölə çıxmır:
"Evdən küçəyə çıxmıram. Nəvələrim, ailəm evdədir, onlara görə özümü qorumalıyıq. Özümü qorumalıyam. Efirə gəlirəm, sonra qayıdıb otururam televizorun qabağında. Bazarlığı da evdəkilər edib gətirir. Deyirlər, evdən küçəyə çıxma, otur".