Beynəlxalq bukmekerlər “Eurovision 2023” mahnı müsabiqəsində qələbəyə əsas namizədin adını açıqlayıb.
Lent.az xəbər verir ki, bunu bu il “Heart of Steel” mahnısı ilə Ukraynanı təmsil edəcək “TVORCHI” qrupu qatıldığı verilişlərin birində proqnozlaşdırıb.
Ukraynanın müsabiqədə qalib gəlmək ehtimalı 3,25 əmsalı ilə 20 faiz təşkil edir. Proqnozlara görə, ikinci yeri İsveç tutacaq. Yəni, bu ölkənin qazanma şansı 10 faiz təşkil edir.
Üçüncü və dördüncü yerdə Finlandiya və Norveç qərarlaşacaq. Beşinci yerdə isə Çexiyanın olacağı proqnozlaşdırılır.