İstanbuldakı gecə klublarından birindən çıxanda paparazzilərə yaxalanan gözəl aktrisa Hande Erçel eşitdiyi suala görə bərk əsəbiləşib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisaya keçirdiyi estetik əməliyyatlar barədə sual verilib.
O, hirslənərək deyib: “Sizin bu etdiyiniz iş sayılır? Gözəl ovqatım var idi, korladınız. Daha sizinlə danışmaq istəmirəm. Ağzınızdan çıxan suallara diqqət edin”.