2000-ci ildə Dünya Gözəllik Yarışmasının qalibi olmuş hindistanlı aktrisa və rəqqasə Pryanka Çopra illər öncə həkim səhvi nəticəsində yanlış edilmiş burun əməliyyatının ona yaşatdığı problemlər barədə danışıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı aktrisa burun əməliyyatından sonra müqavilə bağladığı 3 filmdən qovulduğunu, dəhşətli sıxıntılar keçirdiyini bildirib.
“Əməliyyatdan sonra uzun müddət evdən çıxmadım. Çəkilməli olduğum 3 filmlə müqaviləm pozuldu, qovuldum. Atam doktor idi. O, məni yenidən əməliyyat olunmağa, burnumdakı əyrilikləri düzəltdirməyə inandırdı. Güzgüyə baxanda tamam başqa bir qadına baxırdım sanki. İllər sonra özümlə barışmağı öyrəndim, yeni simama alışdım”,- deyə aktrisa bildirib.