Hər zaman xoşbəxt ailə tablosu nümayiş etdirən aktrisa Ceyda Düvenci və əri Bülent Şakrak haqlarında çıxan çoxlu sayda boşanma dedi-qodularını hər nə qədər təkzib etsələr də, avqust ayında boşanmışdılar.
Lent.az-ın xəbərinə görə, buna qədər xüsusi qayğıya ehtiyacı olan bir övlad sahibi olduqlarına görə, əsla boşanmayacaqlarını deyən cütlük ani bir qərarla rəsmi qaydada ayrıldı.
Bu günlərdə qatıldığı bir proqramda şəxsi həyatı barədə danışan Ceyda Düvənci yeni bir eşqə yaşıl işıq yandırdığını bildirib.
“46 yaşım var. Təbii ki, yenidən aşiq olacam. Amma evlənməyəcəm. Məncə eşq 70 yaşında olsan belə çox gözəl duyğudur. Mənim ömür yoldaşına yox, duyğularımı paylaşa biləcəyim həmdəmə ehtiyacım var”,- deyə o qeyd edib.
Ceyda Düvencinin iki oğlu var.