Ekranlardan görüb sevdiyimiz ulduzların bir çox əslində ətrafındakıların həyatını cəhənnəmə çevirən manyakal xarakterə malikdirlər.
Lent.az ən çətin xarakterli ulduzlar barədə məlumat verir. Ən kaprizli kimdir, gəlin birlikdə görək.
Beyons qatıldığı konsert və tədbirlərdə təşkilatçılara qeyri-adi tələblər irəli sürməsi ilə məşhurdur. Məsələn, o bir dəfə konsert zamanı kulisdəki otağına 22 min dollarlıq qoz ağacından hazırlanmış uşaq çarpayısı gətirilməsini tələb edib. Bu çarpayı onun 1 yaşlı qızının yatması üçün lazım idi. Ərinin istifadə etməsi üçün 6000 dollarlıq bahalı viski və siqarlar da tələblər arasında olur. Oturduğu otağın və səhnənin temperaturu mütləq 26 dərəcə, içdiyi suyun temperaturu mütləq 21 dərəcə olmalıdır. Onun yanına gələn hər kəs mütləq pambıq parçadan tikilmiş geyimdə olmalıdır ki, iylənməsinlər. Getdiyi hər yerdə təzə unitaz quraşdırılmalı, tualetə qırmızı salfetlər qoyulmalıdır. Suyu titandan hazırlanmış 900 dollarlıq pipetlə içir.
Cennifer Lopeslə işləmək heç asan deyil. Baxmayaraq ki, köməkçilərinə 65 min dollar maaş verir, onunla işləməyə həvəs göstərmirlər. Çünki assisenti 24 saat onun xidmətində olmaq məcburiyyətindədir. Lopes filmə çəkilərkən heç kimlə danışmaq istəmir. Onun köməkçisi müğənninin istənilən arzusunu dərhal və etirazsız yerinə yetirməlidir. Evdə həddən artıq xəsis qadın kimi tanınan Lopesin çəkilməz xarakterinə görə xidmətçiləri tez- tez dəyişir.
Filmlərdə adətən alicənab aristokrat kişi rollarını oynayan Kristina Beyl çəkiliş meydançasında əsl tirana çevrilir. Onu özündən başqa heç kim maraqlandırmır və bu barədə açıq etiraf edir. O hətta dəfələrlə rejissor və operatorları da döyüb. Onunla eyni filmdə rol almaq istəyən az aktyor var. Bu səbəblə də Beyli filmlərə az çəkirlər.
Görünüşündəki zərafəti ilə seçilən Qvinet Peltrou heç də zərif xarakterli deyil və o da qəribə davranışları ilə fərqlənir. Məsələn, bir dəfə o küsülü olduğu aktrisa ilə çəkiliş meydançasında üzləşməmək üçün sərt qrafik tərtib etdirmişdi. Onun çəkildiyi gün meydanda başqa heç kim olmamalıydı. O hamama girəndə köməkçi hamamı elə qurulamalıdır ki, aktrisanın ayağına bir damla da su dəyməsin. Verdiyi müsahibələrdə məşhur aktrisalar barədə dəfələrlə xoş olmayan sözlər işlədib, təhqir edib.
Bryus Uillis komanda yoldaşlarının kefini korlamağı sevir. O öz ulduz statusundan istifadə edərək, müqavilə qaydalarını tez-tez pozur. Hətta bir dəfə onun çəkildiyi filmin rejissoru film bitdikdən sonra ziyafət zamanı əməyi keçən hər kəsə təşəkkür edərək demişdi. “Bryusdan başqa hamıya minnətdaram. O tam bir zəhlətökən əclafdır”.
Lindsi Loxan da xoşagəlməz xarakteri ilə tanınır. Loxan çəkiliş meydançasında tez- tez dava salıb, bütün uğurun yalnız ondan asılı olduğunu elan edir. Lindsiyə iş yoldaşları “terrorçu” ləqəbini taxıblar.
Şeron Stoun dəfələrlə etiraf edib ki, bu günkü şöhrətinə çatmaq və zirvədə dayanmaq üçün çox əziyyət çəkib. Nə eləsə buna haqqı var. O nə eləyir? Köməkçilərə, yeni gələn aktyorlara bağırır, alçaldır, adam yerinə qoymur.