İstirahətə yollanan Əməkdar artist Əkbər Əlizadə əsəbiləşib.
Lent.az-ın xəbərinə görə, aktyor sosial şəbəkə hesabında hava yollarına öz etirazını bildirib.
Aeroportda qalan aktyor və digər sərnişinlər uçuş gecikdiyinə görə, hava yolları şirkətindən narazılıqlarını bildiriblər.
"Niyə bu qədər saat ərzində insanları sağdan-sola, soldan-sağa aparırsınız? Səbəbi nədir? Onu istəyirsiniz ki, mətbuata yayaq? Pul vermişik, boğazımızdan kəsmişik, istirahətə gedirik, burnumuzdan gətirdiniz" deyə, Ə.Əlizadə etirazını bildirib.