Əməkdar artist Kübra Əliyeva 72 yaşını ötən gün təmtəraqlı qeyd edə bilməyib.
Lent.az-ın məlumatına görə, aktrisa bu barədə "Elgizlə izlə" verilişində danışıb:
"Koronavirusdan 57 illik sinif yoldaşım, Sevil müəllim rəhmətə getdi. Onun acısını yaşamadan, iki dayım qızı da COVİD-19-dan vəfat etdi. Hər ikisinin də yasına gedə bilmirəm, qorxuram. Xəstə qadınam. Oğlum Ayaz da icazə vermir. Özümüzü qorumalıyıq".