Əməkdar artist Cavanşir Məmmədov şok açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o atası vəfat edərkən onu kostyumda, qalstukda dəfn etdiyini bildirib.
“Atam da incəsənət adamı idi. Özü belə istəmişdi. Mən də sağlığımda vəsiyyət eləmişəm, öləndə kostyumda basdırsınlar. Molla mənə dəfn adətlərimizlə bağlı məsləhət verə bilər, əmr edə bilməz. Əmr edə bilir, getsin namaz qılanlara, təriqət yaradıb hərəsi bir yolla gedənlərə eləsin”,- deyə o vurğulayıb.