“TikTokda canlı açaraq özümə ən son model telefon aldım”.
Lent.az xəbər verir ki, bunu Əməkdar artist Xuraman Əlizadə qonaq olduğu verilişdə açıqlayıb.
O bildirib ki, 2 aya 5-6 min qazanıb:
“Səhifə əvvəllər yoldaşımın olub. Artıq 3 aydır ki, hər axşam "TikTok"da canlı açıram. 2 ay ərzində özümə ən bahalı telefonu aldım. Daha sonra maşını yenilədik. 2 ay ərzində 5-6 min qazandım”.
Aparıcının “Kənan M.M. çox qazanır, yoxsa sən” sualına isə aktrisa belə cavab verib:
“Təbii ki, Kənan M.M. Çünki mənim dəstəkçilərim Rusiyada olduğu üçün indi çox qazanmıram”.