Əməkdar artist pulsuzluqdan qızıllarını satdı -  VİDEO
20 oktyabr 2021 16:15 (UTC +04:00)

Əməkdar artist pulsuzluqdan qızıllarını satdı - VİDEO

Əməkdar artist Gövhər Rzayeva pandemiyada çəkdiyi maddi sıxıntılardan söz açıb.

Lent.az-ın məlumatına görə, musiqiçi "Günün sədası" verilişində deyib:
"Qarmon sənətinin əziyyəti çoxdur, amma qazancı azdır. Hər toya da getmirəm. Əzizlərimin toyuna gedirəm, bilirəm ki, əziyyətimə dəyər. Sillə ilə üz qızardırıq. Pandemiyada əziyyət çəkdik.

Toy olanda hamı qazanırdı. Çox əziyyət çəkdim. Nə qızılım var idi, hamısını satdım. Oturursan evdə, qapı döyülür, qaz, işıq pulu istəyən gəlir. Yeyib-içmək var, qadın üçün çox əziyyətlidir.

Həm kişiyik, həm qadın, özümüzü idarə edirik. Mən heç kimə demirəm, utanıram. Guya desəm, kömək edəcəklər? O vaxt kömək ediləcək ki, mənə artıq lazım olmayacaq. Bir ayağım gorda olanda yardım olunacaq, nəyimə lazımdır? Özümə deyirəm ki, görünüş varlı, cibi boş, yazıq Gövhər".

# 8931
avatar

Yalçın UĞUR

Oxşar yazılar