Əməkdar artist Aygün Bəylər telefon işlətmədiyini deyib.
Lent.az-ın məlumatına görə, müğənni bu barədə “Həmin Zaur” verilişində danışıb. İfaçı 3-4 ildir telefon işlətmədiyini söyləyib:
"Zənglərə hər zaman özüm cavab vermişəm. Canta daşıyanım, prodüserim, telefona cavab verənim olmayıb. Amma yorulmuşam, xahiş etmişəm mənim telefonla işim olmasın”.
Müğənni geyimlərindən də danışıb: "Geyimə çox pul xərcləmirəm. Amma hərdən deyirlər, toya bahalı paltar geyinməlisən ki, çox pul versinlər. Uşaq olanda bahalı geyim, maşın gözəl olur. Böyüyəndə isə yox. Mənə o qədər brilyant üzük, nələrsə veriblər. İstifadə etmədiyim üçün hamısını başqalarına bağışlamışam".