Əməkdar artist 2-ci dəfə BOŞANIB  - XƏYANƏTƏ GÖRƏ - VİDEO
10 yanvar 2022 09:09 (UTC +04:00)

Əməkdar artist 2-ci dəfə BOŞANIB - XƏYANƏTƏ GÖRƏ - VİDEO

Əməkdar artist Kübra Əliyeva ilk dəfə ikinci ailəsinin dağılmasından danışıb. Lent.az-ın məlumatına görə, aktrisa bu barədə "Elgizlə izlə" verilişində söz açıb:

"Oğlum Ayazın atası ilə hələ də görüşürük. Sağdır, 82 yaşı var. O vaxt dövlət işində çalışırdı. Mənə xəyanət etdi və boşandıq. Xəyanəti bağışlamadım. Yanıma gəlib hər şeyi danışdı. 14 yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım. Heç vaxt onun pulunu sevmədim, bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib... Sumqayıtdakı evimi dəyişdi, öz əziyyətimlə düzəltdim, onun 1 qəpiyində də gözüm yox idi. Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim. Həyatda ilk və son sevgim ikinci həyat yoldaşım olub. Məndən 10 yaş böyükdür. O vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istədi. İnanın mən öz gücümlə dolanırdım, ondan heç nə istəmirdim".
 

# 4698
avatar

Yalçın UĞUR

Oxşar yazılar