Elza Seyidcahan “Papağımın gücü” şeiri ilə kimə CAVAB verdi?
13 yanvar 2024 12:51 (UTC +04:00)

Elza Seyidcahan “Papağımın gücü” şeiri ilə kimə CAVAB verdi?

Əməkdar artist Elza Seyidcahan bir neçə gün öncə telekanallardan birində canlı yayımda Xalq artisti Flora Kərimova ilə mübahisə edib. Geyimlərinə görə çox tənqid olunan Elza Seyidcahan Aygün Bəylərin yas mərasiminə xallı papaqla və ondan əvvəl də Xalq artisti Rafael Dadaşovun yas mərasiminə tac taxaraq qatıldığına görə qınanıb. 

Lent.az-ın xəbərinə görə, Elza Seyidcahanın buna cavabı çox çəkməyib.

“Belə düşünürəm ki, demək bu şeir yazılmalı idi. Çünki bəzi "sənətçiçi"lər zamanında Aygün xanımın sənəti haqqında danışılacaq gücləri olmadıgı üçün papağına (kepkasına) birtəhər baxardılar”,- deyə o paylaşım edib.  

Elza Seyidcahan “Papağımın gücü” şeiri ilə tənqidlərə öz cavabını vermiş olub.

Danışın papağımdan,
Yapışın balağımdan,
Sürüşun dabanımnan,
Yarışın topuğumnan.
Çalışın özümnən,
Sürünün izimnən.
Düşünün sözümnən,
Alışın üzümnən.
Bacarın amalımnan,
Danışın yatağımnan.
Görüşün papagımnan,
Açılın başımdan.
Tökülüşün dalımnan,
Barışın papağımnan,
Danışın papağımdan.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12978
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar