“Elçin evdə  qadın paltarı   geyib...” - Lalə Dadaşova
10 avqust 2023 14:38 (UTC +04:00)

“Elçin evdə qadın paltarı geyib...” - Lalə Dadaşova

“Elçin evdə mənim paltarlarımı geyinib zarafat edirdi. Sinəsinə apelsin qoyurdu, üz-gözünü qadın kimi bəzəyib, “kraska-pudra” sürtürdü, bizi güldürürdü”.

Lent.az-ın xəbərinə görə, bu sözləri mərhum müğənni Elçin Cəlilovun xanımı, müğənni Lalə Dadaşova televiziya proqramlardan birində səsləndirib.

“Çoxları elə bilirdi, Elçin həddən artıq ciddi insandır. Hətta rəfiqələrim deyirdilər ki, Elçin səhnəyə çıxır, hərəkət etmir, sadəcə ciddi vəziyyət alıb mahnısını ifa edir. Mən də cavab verirdim ki, siz  kaş ki, onun evdə necə meymunluq etdiyini görəsiniz”, - Lalə xanım qeyd edib.

O, keçmiş ərinin pis vərdişləri barədə də danışıb:

“Elçin narkotika qurşanandan sonra onun qarşısına seçim qoydum ki, ya məni, ya narkotiki seçsin. Elçin evdə müalicə olunurdu.  Çünki insanlar bilsə, bütün Azərbaycanda biabır olacağdıq. Məşhur olduğundan onu xəstəxanaya yatızdıra bilməzdik. Üç dəfə müalicə olunandan sonra narkotiki yenə də tərgitmədi. Bunu biləndə ondan ayrıldım”. 

Qeyd edək ki, xalq mahnılarının mahir ifaçısı Elçin Cəlilov 2005-ci il mayın 10-da 37 yaşında narkotiklərdən istifadə nəticəsində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5883
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar