Ebru Gündeşin keçmiş əri aparıcılara  OD PÜSKÜRDÜ:  "Dələduz..." - FOTO
25 noyabr 2022 11:15 (UTC +04:00)

Ebru Gündeşin keçmiş əri aparıcılara OD PÜSKÜRDÜ: "Dələduz..." - FOTO

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin iş adamı olan keçmiş həyat yoldaşı Rza Zərrab sosial şəbəkə paylaşımları ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, ötən günlərdə aparıcı Seren Serengilin müğənni Hadisə ilə Rzanın adının birlikdə hallandırması iş adamını özündən çıxarıb. 

Hadisə ilə Rzanın mesajlarını yayımlayan və onların qayalıqlarda görüşüb əl-ələ foto çəkdirdiklərini və Hadisənin "xəbərlərimiz çıxarsa, intihar edərəm", - dediyini iddia edən Serenə Rezadan reaksiya gecikməyib. O, bütün iddiaları yalanlayıb və "Instagram" hesabında bu sözləri yazıb:

"Siz proqrama bərli-bəzəkli əlbisələrinizlə çıxın. Mənim şərəf və ləyaqətimi təhqir edin, mən də buna göz yumum? Mənim bir qız övladım var. Güzgüyə, həyatınıza baxmazdan öncə, etdiklərinizə baxmadan palçıq atın, izi qalsın. Görüşəcəyik. Bizim alnımız təmizdir, siz özünüzü sorğulayın.

Bax, dələduz xanım, məni paylaşırmışsan. "Google"a adımı yazarkən, salavat çəsəkən gərək. Etdiyim hər işin altında imzam var. Anan ilə aranı düzəlt, malını geri qaytar, sonra təkrar danışarıq. Bir dostum deyir ki, onun anası ilə problemi var. Zamanında anası ilə dalaşıb, sonra evini əlindən alıb. Bu qadının bu qədər pisliyinə rəğmən, bizə namus gözətçiliyi edib icazə verməyəcəyəm".

Reza bundan əlavə, proqramdaki digər aparıcılara da səslənib və onlar haqqında da paylaşım edib:

"Bu arada masadakı digər insanlara da səslənirəm. Danışdığınız, söylədiyiniz hər kəlimə və iftira üçün sizi maddi və mənəvi məhkəməyə verəcəyəm". 

Qeyd edək ki, Reza Zarrabın Ebru Gündeşlə 11 illik evli olublar. Ötən il boşanan cütlüyün bu nikahdan bir qızları var. 

# 4182
avatar

Nigar Namiq

Oxşar yazılar

Dünya şou-biznesində nələr baş verir? - XRONİKA

Dünya şou-biznesində nələr baş verir? - XRONİKA

30 yanvar 2023 , 19:26
 "Qadınları unudun"   - Məşhur aktrisa

"Qadınları unudun" - Məşhur aktrisa

30 yanvar 2023 , 18:55
“Çılpaq gözəl”  Putinlə görüşündən   DANIŞDI

“Çılpaq gözəl” Putinlə görüşündən DANIŞDI

30 yanvar 2023 , 18:35
Məşhur aktrisa  vəfat etdi   - FOTO

Məşhur aktrisa vəfat etdi - FOTO

30 yanvar 2023 , 18:21
Serenaydan keçmiş sevgililərinə ATMACA:  "Xəstəsi olduqlarınızı..."

Serenaydan keçmiş sevgililərinə ATMACA: "Xəstəsi olduqlarınızı..."

30 yanvar 2023 , 17:53
Tanınmış aparıcı ailəsi barədə nələr danışdı? - "Qüsurları örtürəm..."

Tanınmış aparıcı ailəsi barədə nələr danışdı? - "Qüsurları örtürəm..."

30 yanvar 2023 , 17:20
Əməliyyat olunan Naibə Allahverdiyevanın SON VƏZİYYƏTİ : Lent.az -a danışdı

Əməliyyat olunan Naibə Allahverdiyevanın SON VƏZİYYƏTİ: Lent.az-a danışdı

30 yanvar 2023 , 16:48
Məşhur aktrisa nişanlandı -FOTO

Məşhur aktrisa nişanlandı -FOTO

30 yanvar 2023 , 16:16