Müğənni Günay İbrahimli 2021-ci ilin ona uğurlu keçdiyini deyib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:
“İlin bitməsinə sayılı günlər qaldı. Düşündüm bu 12 ayda nələr yaşadım? Mənim üçün duası olanlara, uğurlarıma sevinənlərə, hər addımımda dəstəyini əsirgəməyənlərlə, yaxşı olmağımı ürəkdən istəyənlərə və varlığım üçün minnətdar olanlara rastlaşdım. Axı, bir ifaçı üçün bundan gözəl nə ola bilər ki? Hər birinizə sonsuz sevgilərimi ötürmək istəyirəm. Əziz, dostlar, bəs siz? Bu an, bu dəqiqə kim və ya nə üçün minnətdarsınız?”