“Düşüklük,   cılızlıq dəbdədir” - Nura Suri
02 avqust 2023 14:23 (UTC +04:00)

“Düşüklük, cılızlıq dəbdədir” - Nura Suri

“Öz əlimizlə pulumuzu verib dijital dünyaya köçmüşük. Dünyamız sosial şəbəkələrdə keçir. Övladlarımızla, dostlarımızla oturanda belə hamının əlində telefon olur. Mədəniyyəti öldürürlər. Düşüklük, cılızlıq dəbdədir. Bunlar hamısı insanlığı, bizi məhvə aparır".

Lent.az-ın xəbərinə görə, bu fikirləri müğənni Nura Suri öz social şəbəkə hesabında səsləndirib.

“Bizim yaddaşımızı o qədər zibilləyiblər ki... Gün ərzində bizə lazımsız məlumatlar ötürülüb. Yaddaşımız elə doldurulub ki, yaddaşımız qalmayıb. Bütün şəkillərimiz, xatirələrimiz telefondadır. Bir gün virus düşüb sosial şəbəkələri məhv etsə, geriyə heç nə qalmayacaq. Xatirəsi olmayan insan insan deyil", - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar