Dünyanı gözəllik xilas edəcək - 10 israilli və fələstinli  məşhur gözəl
18 oktyabr 2023 19:17 (UTC +04:00)

Dünyanı gözəllik xilas edəcək - 10 israilli və fələstinli məşhur gözəl

Bu gün dünyanın diqqəti İsrail və Fələstinə yönəlib. Bu ölkələrdən əsasən müharibə xəbərləri alırıq. Lakin bu iki ölkədən gözəlliyi və istedadı ilə hər kəsi heyran qoyan dünya şöhrətli gözəllər də çıxıb.

Lent.az onlar barədə məlumatı təqdim edir.

Aktrisa Natali Portmanın əsl adı Natali Herşlaqdır. Yerusəlimdə doğulub, sonralar ABŞ-a köçüb. “Oskar”, “Qızıl qlobus” kimi nüfuzlu kino mükafatlarına layiq görülmüş

Portman indi rejissor və prodüser kimi də fəaliyyət göstərir.

Qal Qadot 2004-cü ildə İsrail gözəli seçildikdən sonra “Forsaj” film silsiləsində yer alıb. İsrailin milli sərvəti hesab edilir.

Bella və Cici Hadid bacıları əslən Fələstindəndirlər. ABŞ-da moda dünyasında ad çıxarıblar. 

Aylet Zorer Hollivudun ən məşhur İsrail əsilli aktrisalarındandır.

İordaniya kralının gözəl xanımı Raniya Əl Abdulla əslən fələstinlidir. Raniya aktiv şəkildə ictimai fəaliyyət və xeyriyyəçiliklə məşğul olur.

Aktrisa Aloni Tal Təl-Əvivdə doğulub. 50-dən çox filmdə çəkilən Alonanın ən məşhur rolu “Veronika Mars” filmindəki eyniadlı roldur.

Aktrisa Odeyya Raş da israillidir. 9 yaşından ABŞ-da yaşayır. Gənc olmasına baxmayaraq, 20-dən çox filmdə çəkilib.

22 yaşlı müğənni  Noa Kirel "Avroviziya" müsabiqəsinə qatılıb ölkəsini təmsil etdikdən sonra Amerikada yaşamağa başlayıb.

Biznes ledi və model Kim Edri 12 il əvvəl İsraildə keçirilən gözəllik müsabiqəsində dünya gözəli adını aldıqdan sonra şöhrətlənib. Özü gözəldir və dünyanı da “Kikas Beauty” kosmetika brendi ilə gözəlləşdirməyə çalışır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8752

Oxşar yazılar