Dünya şou-biznesində nələr baş verir? - XRONİKA
25 yanvar 2023 19:42 (UTC +04:00)

Dünya şou-biznesində nələr baş verir? - XRONİKA

Maqazin aləmi hər gün yenilənir, yeni xəbərlər gündəm yaradır. Bəs 24 saat ərzində dünya şou-biznesində nələr baş verib?

Lent.az dünyanın maqazin gündəmindən xronikanı təqdim edir.

Yeni çəkiləcək “Aşk-ı memnu” filmində əfsanəvi "Firdevs Yöreoğlu" obrazını Hande Ataizi canlandıracaq. Xatırladaq ki, daha əvvəl bu serialda eyniadlı obrazı Nebahat Çehre canlandırıb.

Tanınmış fenomen, cinsiyyətini dəyişərək qadın olan Selin Ciğercinin keçmiş həyat yoldaşı Gökhan Çıra ata olub. Gökhan yeni doğulmuş qızı ilə foto paylaşıb.

Məşhur iş qadını Paris Hilton ana olub. O, surroqat ana vasitəsilə körpəyə sahib olub və övladının fotosunu paylaşaraq, hər kəsə şad xəbəri verib.

Bu ilki "Grammy" mükafatının iddialı adları arasında olan müğənnilər Beyons, Teylor Svift, Adel və Kendrik Lamar mərasimə qatılmayacaqlar. Bunun səbəbi hələlik məlum deyil. 

Bir vaxtlar populyarlıq qazanan, ən çox izlənilən seriallardan biri olan "How I Met Your Father" yenidən çəkiləcək. Tanınmış aktyor Neil Patrick Harrisin "Barney" rolu ilə izləyiciləri təəccübləndirəcəyi deyilir. 

Mərhum müğənni Müslüm Gürsesin "Seni yazdım kalbime" mahnısı 37 ildən sonra populyarlaşması gündəmə düşüb. Mahnını Müslümdən sonra Ebru Gündeş, Yaşar İpek, Zara, Kibariye, Berdan Mardini, Baha və Yıldız Tilbe təkrar söyləyiblər. Bundan başqa, "Bursa Bülbülü" filmində aktyor Ata Demirer oxuyub.

Tanınmış amerikalı müğənni Miley Cyrus "Flowers" mahnısına görə "Hot 100" siyahısında birinciliyi əldə edib. O, sonuncu dəfə 2013-cü ildə birinciliyə yüksəlib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394
avatar

Nigar Namiq

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07