Yunan-Roma güləşi üzrə Rio Olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev subaylığın daşını atıb. Lent.az-ın məlumatına görə, idmançı ötən gün sevdiyi xanımla nikaha daxil olub.
Onların toyunda güləş, cüdo, boks, atletika üzrə idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin, həmçinin Milli Olimpiya Komitəsinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Rəsul Çunayevin toyu daha iki gün də davam edəcək. Bu gün də Bakıda və oktyabr ayında doğulduğu Balakəndə növbəti toylar baş tutacaq.