Donald Tramp məşhur müğənni haqqında görün nələr danışdı
12 iyun 2024 19:47 (UTC +04:00)

Donald Tramp məşhur müğənni haqqında görün nələr danışdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur müğənni Teylor Svift haqqında "Məncə o, çox gözəldir, lakin fikrimcə o, liberaldır" fikrini səsləndirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Donald Tramp “Variety” jurnalına müğənni Teylor Svift haqqında fikirlərini bölüşüb. 

77 yaşlı Tramp Svift haqqında fikirləri ilə bağlı suala belə cavab verib:

"Düşünürəm ki, o, çox gözəldir, çox gözəldir! Mən onu çox gözəl hesab edirəm. Məncə, o, liberaldır. O, yəqin ki, Trampı sevmir. Məncə, o, çox gözəldir, əslində - qeyri-adi dərəcədə gözəldir!" 

Dünya şöhrətli müğənni isə yaxın günlərdə verdiyi ir müsahibəsində "Mən keçmişdə siyasi fikirlərimi açıq şəkildə ifadə etməkdən çəkinmişəm, lakin son iki ildə həyatımda və dünyada baş verən müəyyən hadisələrə görə indi bu barədə çox fərqli hiss edirəm", - deyib.

2020-ci ildə Co Bayden və Kamala Harrisi dəstəklədiyini açıqlayan Svift, Donald Trampa qarşı olduğunu açıq şəkildə ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3570
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar