Sosial media fenomeni, özünü iş qadını kimi təqdim edən Dilan Polat və əri, iş adamı Engin Polat çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, eyni iddia ilə Dilan Polatın bacısı Sıla Doğu və vəkilləri Əhmət Gün də saxlanılıb.
Dilan Polatın saxlanılmazdan öncə azyaşlı oğlunu qucaqlayıb ağlaması və”Vidalar ancaq gözəl ürəklər üçündür” yazması diqqət çəkib.