Sosial şəbəkələrdə məşhurlaşmış Dilan Polat özü həbs olunsa da iş yerləri bağlanmayıb.
Lent.az-ın xəbərinə görə, onun Bakıda da öz adını daşıyan bir gözəllik salonu var və hazırda fəaliyyətdədir. Bəs Dilan Polatın iş yerlərinin bağlanmamasının, hətta yeni mərkəzlərinin açılmasının səbəbi nədir?
Türkiyənin “Tasarruf Mevduatı Sigorta Fonu” (TMSF) bununla bağlı açıqlama verib. Bildirilib ki, Polatın “Franchise müqavilə”ləri TMSF-dən öncə imzalandığı üçün onun iş yerlərinin fəaliyyəti dayandırılmır və bu mərkəzlər öz fəaliyyətlərini genişləndirmək, yeni filiallar açmaq hüququna malikdirlər.
Dilan Polat və əri çirkli pulların yuyulması, vergi qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.