Hazırda Türkiyənin ən bahalı aktrisalarından sayılan Demet Özdemir haqqında maraqlı iddialar səsləndirilib.
Lent.az-ın xəbərinə görə, yerli maqazin proqramlarından birində Ankaralı Ayşe adıyla tanınan müğənni Ayşe Dinçer Demet Özdemirin illər öncə onun proqramlarında 50 dollara oriyental rəqs etdiyini bildirib.
“Həftədə bir dəfə proqramımız olurdu. Hər proqram üçün 50 tele verirdim. Mənim proqramlarımda rəqqaslıq edir, oriyental rəqslər oynayırdı”, - o bildirib.
Qeyd edək ki, Ankaralı Ayşenin “Tiki tak tak” adlı mahnısının köhnə klipi yenidən gündəmə gəlib. Buna səbəb illər öncə çəkilmiş həmin klipdə Demet Özdemirin rəqsi olub.
Demetsə bu görüntülərə cavab olaraq qaraçı ailəsində böyüdüyünü, uşaqlığının rəqs və musiqi içində keçdiyini, rəqs etməyi çox sevdiyini demişdi.