Demet Akalın, Hadisə
23 oktyabr 2021 10:52 (UTC +04:00)

Demet Akalın, Hadisə

Demet Akalın Hadisəni biabır etdi - FOTO

Türkiyənin "Altın Kelebek" mükafatının "ən yaxşı qadın sənətçi" kateqoriyasında yer alanların sayı açıqlanıb.

Lent.az ölkə mediasına istinadən xəbər verir ki, onların arasında Demet Akalın, Hadisə, Aleyna Tilki, Tuğçe Kandemir, İrem Derici, Derya Uluğ, Ece Seçkin, Zeynep Bastık və Melek Mosso var.

Artıq bununla bağlı sənətçilərin fanatları sosial şəbəkə hesablarında paylaşımlar etməyə başlayıblar. Onlardan biri Demet Akalının paylaşımına Hadisənin öndə olması barədə rəy yazıb. Demet Akalın isə cavab olaraq bildirib ki, Hadisənin öndə olmasına səbəb saxta hesablarla səhifəsinin izləyici sayını qaldırmaqdır.

Qeyd edək ki, Hadisənin iddia qarşısında hələ ki, cavab verməyib. Onun nə cavab verəcəyi maraqlıdır.

# 4746
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar